Dünya ən böyük məscidi bu ölkədə olacaq
1980-ci illərin əvvəllərində tikilmiş Böyük Müsəlla ilk olaraq Tehranda cümə namazlarının keçirilməsi üçün əsas məkan kimi nəzərdə tutulmuşdu.
Xeber.ge xəbər verir ki, yeni layihə çərçivəsində Tehrandakı Böyük Müsəllanın sahəsi 200 hektar artırılacaq.
Buu da həmin məkanı nəhəng dini-mədəni kompleksə çevirəcək. Belə genişmiqyaslı yenidənqurma sayəsində o, dünyanın ən böyük məscidinə çevrilə bilər.
Qeyd edilib ki, Böyük Müsəlla Şəhid Süleymani şossesinin üzərindən tikilmiş körpü vasitəsilə Tehranın şimalında yerləşən və Çahar Bağ kimi tanınan geniş yaşıllıq zonası ilə birləşdirilir. Genişləndirmə məscidin istifadəyə yararlı sahəsini artıracaq, ziyarətçilərə daha çox imkanlar, o cümlədən daha çox parklanma yerləri təqdim edəcək. Bu, obyektin əlçatanlığının artırılması və ibadət edənlərin rahatlığının təmin edilməsi üzrə genişmiqyaslı layihənin mühüm tərkib hissəsidir.
Tehrandakı Böyük Müsəlla 1980-ci illərin əvvəllərində daha əvvəl Tehran Universitetində keçirilən cümə namazları üçün yeni əsas məkan kimi nəzərdə tutulmuşdu.
Zaman keçdikcə Böyük Müsəlla çoxfunksiyalı mədəni müəssisəyə çevrilərək təkcə həftəlik cümə namazlarının deyil, həm də mədəni və siyasi tədbirlərin, kitab yarmarkalarının, sərgilərin, dini mərasimlərin və hər il minlərlə ziyarətçi cəlb edən Tehran Beynəlxalq Quran Sərgisi kimi iri tədbirlərin keçirildiyi məkan olub.
mənbə: azshafaqna.com