İran 48 saatda nə qədər İsrail PUA-sı vurub?

Jun 15, 2025 - 19:38
 0  67
İran 48 saatda nə qədər İsrail PUA-sı vurub?

Son 48 saatda (İsrailin 13 iyunda hücumundan bəri – red.) İran sərhəd qüvvələri İsrailə məxsus 44 pilotsuz təyyarə və pilotsuz uçuş aparatını vurub.

Xeber.ge xəbər verir ki, bu sözləri İranın Fərəc Sərhəd Mühafizəsinin komandiri briqada generalı Əhməd-Əli Qudərzi deyib.

“Son 48 saat ərzində hava məkanımızı işğal etməyə cəhd edən qəsbkar sionist rejimin 44 pilotsuz təyyarəsi və mikro PUA Fərəcin sayıq sərhədçiləri tərəfindən izlənilib və məhv edilib”, - o bildirib.

Qudarzi vurğulayıb ki, İranın sərhəd qüvvələri tam kəşfiyyat nəzarəti həyata keçirir və ölkənin təhlükəsizliyi və suverenliyinin təmin edilməsində qətiyyətlidir.

mənbə: axar.az