İrakli Qaribaşvili həbs edilib

Jan 12, 2026 - 15:48
 0  78
İrakli Qaribaşvili həbs edilib

"Gürcü Arzusu"nun keçmiş yüksək vəzifəli rəsmisi, eks-baş nazir İrakli Qaribaşvili saxlanılıb.

Xeber.ge xəbər verir ki, Gürcüstan Prokurorluğu təqsirləndirilən İrakli Qaribaşvili ilə prosessual razılaşma (istintaqla sövdələşmə) imzalayıb. Razılaşmaya əsasən, keçmiş baş nazirə Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin üçüncü hissəsi ilə nəzərdə tutulmuş cinayətə görə cəza olaraq 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Ona əlavə cəza növü kimi 1 milyon lari məbləğində cərimə tətbiq olunub. Həmçinin, cinayət fəaliyyəti nəticəsində əldə edilmiş və yaşayış yerində aparılan axtarış zamanı götürülmüş pul vəsaitləri dövlət xeyrinə müsadirə olunacaq.

İrakli Qaribaşvili törətdiyi cinayəti etiraf edir və prosessual razılaşmanın şərtləri ilə razılaşır. Məhkəmə artıq prokurorluğun prosessual razılaşma barədə vəsatətini təmin edib.