İnterpol tərəfindən axtarılan Azərbaycan vətəndaşı "Sarpi" sərhədində saxlanıldı

Aug 29, 2026 - 11:58
 0  9
İnterpol tərəfindən axtarılan Azərbaycan vətəndaşı "Sarpi" sərhədində saxlanıldı

Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin əməkdaşları İnterpolun "Qırmızı bülleten"i ilə axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.

 XƏBƏR.GE xəbər verir ki, bu barədə məlumatı DİN yayır.

Qurumun bildirdiyinə görə, saxlanılan şəxs Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında xuliqanlıq və özgənin əmlakını qəsdən zədələmə ittihamları ilə axtarışda olub.

Hüquq-mühafizə orqanları keçirilən istintaq tədbirləri nəticəsində axtarışda olan şəxsi "Sarpi" gömrük-keçid məntəqəsinin ərazisində saxlayıblar.

Hazırda saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları həyata keçirilir.