İnsan alveri ilə bağlı bir nəfər saxlanılıb

Sep 26, 2025 - 12:12
 0  12
İnsan alveri ilə bağlı bir nəfər saxlanılıb
: :
playing

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin İnsan alveri və qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində, 1971-ci il təvəllüdlü N.Q. insan alveri ittihamı ilə saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, cinayət 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

İstintaqla müəyyən edilib ki, N.Q. maddi çətinliklər yaşayan, 1981-ci il təvəllüdlü İ.Ş.-ni maliyyə qazancı məqsədilə ələ alıb və ona qarşı fiziki və psixoloji zorakılıq tətbiq edərək, özünə məxsus meyvə-tərəvəz mağazasında yükləyici kimi işləməyə məcbur edib, lakin buna görə ona heç bir əməkhaqqı ödəməyib.

Bundan əlavə, araşdırma göstərib ki, İ.Ş. mağazadakı işini bitirdikdən sonra N.Q.-nun göstərişi ilə Tbilisinin küçələrindən birində svetoforda dayanan avtomobil sürücülərindən dilənçilik yolu ilə pul istəyib. Toplanan bütün vəsaiti isə N.Q. özü mənimsəyib.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 143-cü prim maddəsinin birinci bəndi ilə davam etdirilir.

mənbə: interpress