İki nəfər ağır bədən xəsarəti yetirmə və cinayəti xəbər verməmə ittihamı ilə saxlanılıb

İstintaqla müəyyən edilib ki, Tbilisidəki skverlərdən birində müttəhimlərlə bir nəfər arasında sözlü mübahisə yaranıb, bu isə fiziki qarşıdurmaya çevrilib. Nəticədə, müttəhimlərdən biri soyuq silahdan istifadə edərək qarşı tərəfin döş qəfəsinə və böyrək nahiyəsinə xəsarətlər yetirib və hadisə yerindən qaçıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına əsasən, Tbilisi Polis Departamentinin Didube-Çuxureti baş idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 1992-ci il təvəllüdlü S.Ç. və 1995-ci il təvəllüdlü V.Ç. isti izlərlə saxlanılıb.
S.Ç.-yə qəsdən sağlamlığa ağır zərər vurma, V.Ç.-yə isə cinayəti xəbər verməmə ittihamı irəli sürülüb. Bu cinayətlərə görə 7 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Xəsarət alan, 1977-ci il təvəllüdlü P.Q. xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində S.Ç. və V.Ç. Saxaşeridə saxlanılıb.
Polis cinayətin törədilməsində istifadə olunan bıçağı maddi sübut kimi götürüb. Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 117-ci və 376-cı maddələri ilə davam etdirilir.
mənbə: interpress