Həbsxanada Giorgi Peikrişvili damarlarını kəsib, qardaşının da xəsarət aldığı bildirilir

Oct 20, 2026 - 15:02
 0  43
Həbsxanada Giorgi Peikrişvili damarlarını kəsib, qardaşının da xəsarət aldığı bildirilir

Giorgi Peikrişvili həbsxanada damarlarını kəsib — bu barədə saxlanılan əkiz qardaşların ailə üzvləri bir neçə dəqiqə əvvəl “TVPirveli”-yə məlumat veriblər.

XEBER.GE xeber  verir ki, saxlanılan qardaşların ailə üzvləri bildirirlər ki, Davit Peikrişvili də xəsarət alıb. Onların iddiasına görə, o da özünə xəsarət yetirib.

Saxlanılan əkiz qardaşların ailə üzvlərinin iddiasına görə, Gldani həbsxanasında Davit Peikrişviliyə Avtandil Bilanişvili, Tornike Kaçarava, Qotsiridze, Vato Kipiani və Şota Kipiani tərəfindən fiziki xəsarətlər yetirilib.