Gürcüstanın qərbində odlu silah və döyüş sursatları ələ keçirildi-iki nəfər saxlanıldı
Saxlanılan şəxslərin yaşı 53 və 40-dır. Günahları sübuta yetirilərsə, onları 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Samtsxe–Zemo Svaneti bölgəsində iki Gürcüstan vətəndaşından avtomatlar, tapança, qumbaralar və marixuana götürülüb.
Xeber.ge xəbər verir ki,
Nazirliyin məlumatına görə, şəxsi axtarış, eləcə də şübhəlilərin yaşadıqları evə və yardımçı tikiliyə baxış zamanı maddi sübut kimi müxtəlif növ odlu silahlar və döyüş sursatları aşkar edilərək götürülüb: iki avtomat, bir tapança, kiçikçaplı tüfəng, qumbaraatan, əl qumbarası və müxtəlif növ odlu silahlar üçün 777 ədəd patron.
DİN-in Sameqrelo–Zemo Svaneti Polis İdarəsinin əməkdaşları 1972 və 1985-ci il təvəllüdlü iki kişini odlu silahın və döyüş sursatlarının qanunsuz əldə edilməsi, saxlanması və gəzdirdiyinə görə saxlayıblar.