Gürcüstanın bəzi bölgələrdə yağış gözlənilir

Nov 14, 2025 - 16:37
Nov 14, 2025 - 17:08
 0  20
Gürcüstanın bəzi bölgələrdə yağış gözlənilir

Ətraf Mühitin Milli Agentliyi 15–17 noyabrda Gürcüstanda gözlənilən hava şəraiti barədə məlumat yayıb.

Xeber.ge xeber  verir ki, məlumata görə, yaxın günlərdə Gürcüstanın ayrı-ayrı bölgələrində yağış gözlənilir.

Tbilisidə zəif yağış olacaq. Havanın gündüz temperaturu +16, +18° olacaq.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anakliya, Poti): 15–16 noyabrda zəif yağış gözlənilir, 17 noyabrda isə hava açıq olacaq. Gündüz temperatur +17, +19° olacaq.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurgeti): 15–16 noyabrda bəzi yerlərdə zəif yağış gözlənilir, 17 noyabrda isə hava açılacaq. Gündüz temperatur +18, +20° olacaq.

Qərbi Gürcüstanın dağətəyi rayonlarında (Ambrolauri, Oni, Tsageri, Shovi, Chiatura, Sachkhere, Khulo, Rikoti aşırımı): 15–16 noyabrda bəzi yerlərdə zəif yağış yağacaq, 17 noyabrda hava açılacaq. Gündüz temperatur +17, +19° olacaq.

Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Bakhmaro): 15–16 noyabrda bəzi yerlərdə zəif yağış gözlənilir, 17 noyabrda hava açılacaq. Gündüz temperatur +11, +13° olacaq.

Kartli regionunda (Rustavi, Bolnisi, Marneuli, Gardabani, Gori, Tskhinvali): bəzi yerlərdə yağış gözlənilir. Gündüz temperatur +17, +19° olacaq.

Kaxetidə (Sagarejo, Telavi, Gurjaani, Siqnaxi, Laqodexi, Qvareli, Axmeta, Dedoplistsqaro): bəzi yerlərdə yağış olacaq. Gündüz temperatur +17, +19° olacaq.

Şərqi Gürcüstanın dağətəyi rayonlarında (Axaltsixe, Borjomi, Dusheti, Tianeti, Pəsanauri): bəzi yerlərdə yağış gözlənilir. Gündüz temperatur +15, +17° olacaq.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalkə, Bakuriani, Qudauri, Omalo): bəzi yerlərdə yağış gözlənilir. Gündüz temperatur +9, +11° olacaq.