Gürcüstandan havalanan təyyarə dənizə düşdü

Sep 9, 2026 - 15:53
 0  10
Gürcüstandan havalanan təyyarə dənizə düşdü

Gürcüstandan havaya qalxan və içərisində 2 nəfərin olduğu bildirilən təyyarə Rizenin Çayeli rayonu yaxınlığında dənizə təcili eniş edib.

XEBER.GE xeber  verir ki, xilasetmə qrupları dənizə məcburi eniş edən təyyarədə olan 2 nəfərə çatmaq üçün işlərə başlayıblar.

Bölgədə aparılan əməliyyat nəticəsində həmin şəxslər xilas olunublar.

Hadisə ilə bağlı açıqlama verən Rize valisi İhsan Selim Beydaş, "(Dənizə məcburi eniş edən təyyarə) Belçika vətəndaşı olan iki kişi Sahil Mühafizə qruplərimiz tərəfindən sağ olaraq sudan çıxarılıb, həyati təhlükələri yoxdur" dedi.

mənbə: cnnturk