Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 78 əcnəbi deportasiya edilib

Mar 17, 2026 - 12:13
 0  9
Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 78 əcnəbi deportasiya edilib

Son günlərdə Gürcüstanda 78 nəfər qeyri-qanuni miqrant saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Azərbaycan, Belarus, Almaniya, Misir, Zimbabve, Türkiyə, Türkmənistan, Yəmən, Hindistan, Konqo, Nigeriya, Rusiya, CAR, Ermənistan, Qırğızıstan və Çin vətəndaşları olan həmin şəxslər Gürcüstandan deportasiya olunub.

Yerli qanunvericiliyə uyğun olaraq, əcnəbilərin Gürcüstana girişi qadağan edilib.

mənbə: apa