Gürcüstanda yenidən elektrik kəsildi
Bu səhər saat 08:00 radələrində Tbilisi və regionların böyük hissəsində elektrik enerjisi yenidən kəsilib.
XEBER.GE xeber verir ki, kəsilmənin səbəbi bu dəfə də məlum deyil.
Vətəndaşlar yazır ki, metro işləmir, Gürcüstan dəmir yolu da dayandırılıb.
Xatırladaq ki, 24 iyulda da ölkə miqyasında elektrik enerjisi sönmüşdü. Avariya kəsilməsinin rəsmi səbəbi indiyədək açıqlanmayıb. SEMEK araşdırmaya başlayıb.