İtaliyada gürcü mühacirlərdən ibarət oğru dəstəsi çökdürülüb

May 16, 2026 - 14:03
 0  13
İtaliyada gürcü mühacirlərdən ibarət oğru dəstəsi çökdürülüb
: :
playing

İtaliyanın Boloniya şəhərində hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində qrup halında mənzil oğurluqları törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşları saxlanılıb.

Xeber.ge xeber  verir ki, gürcü mühacirlərdən ibarət cinayətkar dəstə ölkə ərazisində 20-yə yaxın mənzili qarət edib.

İstintaqın versiyasına görə, dəstə üzvləri arasında dəqiq rol bölgüsü aparılıb. Belə ki, saxlanılan şəxslərdən biri oğurluq hadisələri zamanı "gözətçi" funksiyasını yerinə yetirib.

Digər şəxslər evlərə daxil olarkən, o, ətraf ərazini nəzarətdə saxlayıb.

Cinayətkarların mənzillərdən külli miqdarda nağd pul, bahalı zinət əşyaları, elektron avadanlıqlar və brend geyimlər oğurladıqları müəyyən edilib.

Keçirilən əməliyyat zamanı dəstənin bir neçə üzvü qandallansa da, mütəşəkkil cinayətkar qrupun daha bir üzvünün hələ də azadlıqda olduğu bildirilir.

İtaliya polisi həmin şəxsin tapılaraq məsuliyyətə cəlb edilməsi üçün genişmiqyaslı axtarış elan edib.