Gürcüstanda xüsusi əməliyyat: Qanunsuz silah saxlayan 4 nəfər saxlanılıb

Apr 17, 2026 - 11:41
 0  47
Gürcüstanda xüsusi əməliyyat: Qanunsuz silah saxlayan 4 nəfər saxlanılıb

 Gürcüstanın Daxili İşlər Nazirliyi   ölkə miqyasında qanunsuz odlu silah və döyüş sursatlarının dövriyyəsinə qarşı genişmiqyaslı xüsusi əməliyyat keçirib.

Əməliyyat nəticəsində 4 nəfər şübhəli şəxs qismində saxlanılıb.

 Xeber.ge xəbər verir ki, əməliyyat tədbirləri paytaxt Tbilisi ilə yanaşı, Acarıstan və Quriya regionlarını əhatə edib.

  Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan şəxslərin yaşadıqları evlərə, onlara məxsus emalatxanaya və şəxsi avtomobillərinə baxış keçirilib. Axtarışlar zamanı maddi sübut kimi müxtəlif növ qanunsuz odlu silahlar və çoxlu sayda döyüş sursatı aşkar edilərək götürülüb.

  Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsi (Odlu silahın və döyüş sursatının qanunsuz alınması, saxlanılması və gəzdirilməsi) üzrə cinayət işi başlanılıb.

Bu maddə üzrə təqsirləndirilən şəxsləri 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Hazırda istintaq tədbirləri davam etdirilir.