Kvemo Kartlidə ödəniş terminallarını oğurlayan dəstə saxlanılıb

Apr 17, 2026 - 11:46
 0  43
Kvemo Kartlidə ödəniş terminallarını oğurlayan dəstə saxlanılıb

Gürcüstanın Daxili İşlər Nazirliyi Qardabani və Marneuli bələdiyyələri ərazisində silsilə oğurluqlar törədən mütəşəkkil qrupu ifşa edib.

Yeniyetmələrdən ibarət dəstə sürətli ödəniş terminallarını oğurlamaqda ittiham olunur.

 Xeber.ge xəbər verir ki, əməliyyat nəticəsində 4 nəfər saxlanılıb:

  • 2006-cı il təvəllüdlü L.Q. və A.M.;
  • 2007-ci il təvəllüdlü İ.İ. və E.A.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olaraq müxtəlif vaxtlarda Qardabani və Marneuli rayonlarında yerləşən sürətli ödəniş aparatlarını yerindən sökərək oğurlayıblar. Məlumata görə, dəstə üzvləri bu terminallardan ümumilikdə 10 000 lariyə yaxın pul vəsaitini ələ keçiriblər.

  Hüquq-mühafizə orqanlarının keçirdiyi çevik istintaq tədbirləri nəticəsində şübhəli şəxslər hadisədən qısa müddət sonra saxlanılaraq istintaqa cəlb olunublar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci və 3-cü hissələri (Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş oğurluq) ilə cinayət işi başlanılıb.

 Sözügedən maddə üzrə təqsirləndirilən şəxsləri 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.