Acarıstanda İnterpol tərəfindən axtarılan Türkiyə vətəndaşı saxlanıldı

Sep 3, 2026 - 11:54
 0  18
Acarıstanda İnterpol tərəfindən axtarılan Türkiyə vətəndaşı saxlanıldı

 Polis Acarıstanda İnterpolun qırmızı sirkulyarı ilə axtarışda olan Türkiyə Respublikası vətəndaşını saxlayıb.

XEBER.GE xeber  verir kisaxlanılan şəxs Türkiyə hüquq-mühafizə orqanlarının tələbi əsasında müxtəlif kateqoriyalı cinayətlərə, o cümlədən dələduzluq, bədən xəsarəti yetirmə və hədə-qorxu gəlməyə görə axtarışda idi.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən istintaq tədbirləri nəticəsində axtarışda olan şəxs Acarıstanda saxlanılıb.

Hazırda saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları həyata keçirilir.