Gürcüstanda temperatur +28 dərəcəyədək yüksələcək

Apr 26, 2025 - 14:44
 0  29
Gürcüstanda temperatur +28 dərəcəyədək yüksələcək

26 aprel, şənbə günü Gürcüstanda havanın temperaturu +28°-dək artacaq.

Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Məlumata əsasən, ölkənin bir sıra bölgələrində qısamüddətli yağış və şimşək müşahidə olunacaq.

  • Qərbi Gürcüstanda – buludluluq artacaq, bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Küləyin sürəti dəyişkən istiqamətdə 10-15 m/s olacaq.
  • Havanın gündüz temperaturu:
    • Ovalıqlarda +20, +25°,
    • Sahil zonalarında +13, +18°,
    • Dağlıq ərazilərdə +17, +22°,
    • Yüksək dağlıq zonalarda +14, +19°.
  • Şərqi Gürcüstanda – dəyişkən buludluluq artacaq, bəzi yerlərdə qısamüddətli yağış, şimşək və dolu ehtimalı var. Külək 10-15 m/s sürətlə dəyişkən istiqamətdə əsəcək.
    Havanın gündüz temperaturu:
    • Ovalıqlarda +23, +28°,
    • Dağlıq ərazilərdə +18, +23°,
    • Yüksək dağlıq zonalarda +13, +18°.

mənbə: interpress