Gürcüstanda sürücülük vəsiqəsi alanlar üçün yenilik

Jul 18, 2026 - 09:32
 0  37
Gürcüstanda sürücülük vəsiqəsi alanlar üçün yenilik

"Nəqliyyat vasitəsini idarəetmə hüququnun alınması üçün praktiki imtahanın birinci mərhələsini (meydança) uğurla keçən namizədlər, praktiki imtahanın ikinci mərhələsinə (şəhər) çıxmaq üçün istədikləri vaxtı heç bir növbə gözləmədən, onlayn rejimdə bron edə biləcəklər.

XEBER.GE xeber verir ki, yeni xidmətdən, həmçinin imtahanın birinci mərhələsini artıq keçmiş, lakin ikinci mərhələyə çıxmaq hüququndan hələ istifadə etməmiş şəxslər də yararlana biləcəklər.

Dəyişikliyin məqsədi imtahan prosesini sadələşdirmək, xidməti namizədlər üçün daha sürətli və çevik etməkdir", — deyə bəyanatda bildirilir.