Gürcüstanda şantaj yolu ilə cinsi əlaqəyə məcbur etməyə görə bir nəfər tutulub
Gürcüstan Prokurorluğu şəxsi həyata dair məlumatların yayılması hədəsi ilə şəxsi cinsi əlaqəyə məcbur etmə faktı üzrə bir nəfəri saxlayıb.
Xeber.ge xəbər verir ki,
Saxlanılan şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 139-cu maddəsinin 1-ci hissəsi (şəxsi həyata dair məlumatların yayılması hədəsi ilə seksual xarakterli hərəkətlərə məcbur etmə) ilə ittiham irəli sürüləcək. Bu maddə üzrə təqsirləndirilən şəxsi 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Prokurorluq yaxın vaxtlarda təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi vəsatəti ilə məhkəməyə müraciət edəcək.