Gürcüstanda qanunsuz yaşayan əcnəbi vətəndaşlar saxlanılıb

May 25, 2025 - 12:31
 0  20
Gürcüstanda qanunsuz yaşayan əcnəbi vətəndaşlar saxlanılıb

Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi və Sərhəd Polisi əməkdaşlarının birgə keçirdikləri kompleks tədbirlər nəticəsində Nigeriya, Banqladeş, İran, Türkiyə və Rusiyadan olan ümumilikdə 6 vətəndaş saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumdan verilən məlumata görə, saxlanılan şəxslərin Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunu nəzərə alınmaqla, qanuni əsas olmadan ölkə ərazisində olmaları müəyyən edilib. Onlar sığınacaq proseduru ilə müəyyən edilmiş müddətlərdən sui-istifadə edərək, qanuni əsas olmadan illərlə ölkədə qalıblar.

“Saxlanılan şəxslər ölkədən könüllü getmələri nəzərdə tutan ölkədən çıxarılma qərarında müəyyən edilmiş müddətlərdən istifadə etməyiblər, nəticədə adıçəkilən şəxslərin saxlanılması barədə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi tərəfindən qərar qəbul edilib.

Qərarın icrasını təmin etmək üçün saxlanılan şəxslər daha sonra mənşə ölkələrinə qayıtmaları üçün hazırda Miqrasiya İdarəsinin müvəqqəti yerləşdirmə mərkəzində saxlanılırlar”, - məlumatda deyilir.

mənbə: interpress