Tbilisidə narkotik cinayətinə görə 3 nəfər saxlanılıb

Müxtəlif vaxtlarda həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq-əməliyyat tədbirləri nəticəsində Tbilisi Polis İdarəsinin Didube-Çuqureti və Köhnə Tbilisi Baş Bölməsinin əməkdaşları tərəfindən narkotiklərlə bağlı cinayətlərdə ittiham olunaraq 3 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumdan verilən məlumata görə, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək, saxlamaq, hazırlamaq, satmaq, satışa hazırlamaq və satmağa cəhd etmək ittihamı ilə 1983-cü il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı T.Ş., 1998-ci il təvəllüdlü A.K. və əvvəllər məhkum olunmuş, hazırda sınaq müddəti olan 1992-ci il təvəllüdlü G.S. həbs edilib.
Qeyd olunun cinayətlər azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Təqsirləndirilən şəxslərin şəxsi axtarışı nəticəsində və istintaq eksperimenti zamanı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən onların göstərdikləri yerlərdən maddi sübut kimi satış məqsədilə yerləşdirilmiş "Metadon", "MDMA" narkotik vasitələri və psixotrop maddələr götürülüb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-260”, maddələri ilə davam edir"- Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
mənbə: interpress