Gürcüstanda pensiyalar artırılacaq

Sep 30, 2025 - 22:07
 0  74
Gürcüstanda pensiyalar artırılacaq

Hökumət 2026-cı il büdcəsinin ilkin variantını parlamentə təqdim edib.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, gələn il 70 və yuxarı yaşda olan pensiyaçılar üçün pensiya 45 lari artaraq 495 lari müəyyən ediləcək. Dağlıq yaşayış məntəqələrində eyni kateqoriyadan olan pensiyaçılar üçün pensiya təxminən 594 lari olacaq.

Bundan başqa, 70 yaşadək şəxslərin pensiyası 20 lari artaraq 370 lari, dağlıq yaşayış məntəqələrində isə 444 lari müəyyən ediləcək.

Pensiya ilə yanaşı, 18 yaşınadək fiziki məhdudiyyəti şəxslərin sosial müavinətlərinin 45 lari, digər kateqoriyadan olanların müavinətlərin isə 20 lari artırılması nəzərdə tutulur.

mənbə: interpress