Qəzza soyqırımı: Qurbanların sayı 66 097-yə çatdı

Oct 1, 2025 - 11:55
 0  16
Qəzza soyqırımı: Qurbanların sayı 66 097-yə çatdı

İsrail ordusu 42 günahsız qəzzalını qətlə yetirib.

 Xeber.ge xəbər verir ki, bu barədə Qəzza sektorunun Səhiyyə Nazirliyindən məlumat verilib.

Həmçinin 190 dinc sakin də yaralanıb.

Bununla da, İsrailin törətdiyi hərbi cinayətlər – soyqırımı və kütləvi qətliamlar nəticəsində həyatını itirən dinc fələstinlilərin sayı 66 097 nəfərə, yaralıların sayı isə 168 536 nəfərə çatıb.

Həmçinin təxminən 10 min Qəzza sakini isə itkin düşüb.

Bundan başqa, İsrail Qəzzanı tam blokada altında saxlamaqla bölgədə aclığa səbəb olur ki, bunun da nəticəsində 150-si uşaq olmaqla 453 nəfər dünyasını dəyişib.

mənbə: azshafaqna.com