İran dünyada ilk dəfə F-35 qırıcılarını vuran ölkə oldu

Jun 14, 2025 - 22:21
 0  27
İran dünyada ilk dəfə F-35 qırıcılarını vuran ölkə oldu

Xeber.ge xəbər verir ki,  İran, hərbi tarixdə bir ilkə imza ataraq 5-ci nəsil görünməz (stealth) döyüş təyyarələri sayılan F-35 qırıcılarını uğurla məhv edən ilk ölkə olub.

İranın rəsmi mənbələri, sionist rejimə (İsrailə) məxsus iki F-35 qırıcısının İran ərazisinə edilən hücum zamanı vurulduğunu açıqlayıb.

İran Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən yayımlanan rəsmi bəyanatda bildirilir ki, İranın hava hücumundan müdafiə sistemləri hücumda iştirak edən iki F-35 tipli qırıcını və bir neçə pilotsuz uçuş aparatını (PUA) uğurla hədəfə alaraq məhv edib.

Bəyanatda əlavə olunur ki, vurulan təyyarələrin pilotlarının taleyi hələlik məlum deyil və bununla bağlı araşdırmalar davam edir. Mövzu ilə bağlı əlavə məlumatın yaxın zamanda ictimaiyyətə təqdim olunacağı gözlənilir.

Qeyd edək ki, F-35 qırıcıları dünyada ən müasir döyüş təyyarələri sırasına daxildir və ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən istehsal olunur. İsrail bu təyyarələri ABŞ-dan hərbi satış proqramı çərçivəsində əldə edib və regionda bu tip qırıcılara malik azsaylı ölkələrdən biridir.

İsrailin istifadəsində olan F-35I modeli, bu ölkənin ordusunun ehtiyaclarına uyğun olaraq xüsusi modifikasiyalardan keçib və radar sistemlərindən yayınmaq, dərinliklərə gizli nüfuz etmək imkanları ilə seçilir.

Lakin bu hücum zamanı İran ordusunun F-35 qırıcılarını vurması Tel-Əviv rejimi və onun ABŞ-dakı müttəfiqləri üçün ciddi bir strateji itki və regionun hava qüvvələri balansında əhəmiyyətli dəyişiklik olaraq qiymətləndirilir.

mənbə: az.shafaqna.com