Husilər İsrailə gedən gəmini batırdılar

Jul 8, 2025 - 11:21
 0  23
Husilər İsrailə gedən gəmini batırdılar

Yəmən ordusu İsrailə doğru hərəkət edən gəmini vurub.

Xeber.ge xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin (“Ənsarullah” hərəkatı, husilər) rəsmisi Yəhya Sərii məlumat yayıb.

Belə ki, İsrailə yük daşıyan “Magic Seas” adlı gəmi zərbə nəticəsində batmağa başlayıb.

Qırmız dənizdə üzən sözügedən gəmi Yəmənin İsrailə qarşı dəniz blokadası yarmağa çalışdığı üçün 2 ədəd dəniz altı pilotsuz aparatla, 5 raketlə və 3 PUA ilə hədəf alınıb.

Xatırladaq ki, husilər İsrail tərəfindən Qəzza sektorunda soyqırımı və qətliamlara, bombardmanlara məruz qalan Fələstin xalqına dəstək məqsədilə İsrailə qarşı hərbi əməliyyatlar keçirir.

mənbə: azshafaqna.com