Gürcüstanda ömürlük həbs cəzasına məhkum olanların sayı nə qədərdir?
Ölkə üzrə ömürlük həbs cəzası alan məhkumlardan 2-si qadındır.
Bu barədə Xüsusi Penitensiar Xidmətdən bildirilib.
Məlumata görə, ölkədə ümumilikdə 82 ömürlük azadlıqdan məhrum edilmiş məhkum var.
“31 avqust 2024-cü il tarixinədək cəzaçəkmə müəssisəsində 80-i kişi, 20-si qadın olmaqla, ümumilikdə 82 ömürlük azadlıqdan məhrumetmə cəzası ilə məhkum olunmuş məhkumlar saxlanılır”.- deyə rəsmi məlumatda bildirilib.
mənbə: interpress