Gürcüstanda məktəb ətrafında hərəkət qaydaları sərtləşdirilir

Sep 8, 2026 - 11:52
 0  9
Gürcüstanda məktəb ətrafında hərəkət qaydaları sərtləşdirilir

2026-2030-cu illər üçün Yol Həyatı Təhlükəsizliyi Milli Strategiyasının Fəaliyyət Planı məlum olub. Sənədə əsasən, məktəblərin yaxınlığındakı ərazilərdə yol hərəkəti qaydaları sərtləşdiriləcək. Sənədə görə, xüsusi nişanları olan zonalarda 30 km/saat-dan artıq sürətlə hərəkət etmək qadağan olunacaq.

XEBER.GE xeber  verir ki, azyaşlıların təhlükəsizliyi ilə bağlı mövcud çağırışlara cavab olaraq, Gürcüstanda məktəb ətrafı zonaların müvafiq qaydada tənzimlənməsi istiqamətində işlərə başlanılacaq. Konkret olaraq, Gürcüstan qanunvericiliyində məktəb zonası anlayışının müəyyən edilməsi, həmin zonalarda nəqliyyat vasitələrinin hərəkət sürətinin maksimum həddinin 30 km/saat müəyyən edilməsi və sürət həddini aşmağa görə mövcud 15 km/saat-lıq tolerantlığın məktəb zonalarına şamil olunmasının yenidən nəzərdən keçirilməsi planlaşdırılır.

Qeyd olunan qanunvericilik müdaxilələri məktəb zonalarında orta hərəkət sürətinin azalmasına kömək edəcək və azyaşlıların təhlükəsizlik səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq. Həmçinin, məktəb zonası anlayışı müəyyən edilənədək Gürcüstandakı bütün fəaliyyət göstərən dövlət məktəblərinin ətrafındakı mövcud infrastrukturun Yol Təhlükəsizliyi İdarələrarası Komissiyası tərəfindən hazırlanmış tövsiyələrə uyğunluğu qiymətləndiriləcək.

Yol infrastrukturu istiqamətində məktəb zonalarında və onların ətraf ərazilərində piyadaların təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş kompleks infrastruktur tədbirlərinin həyata keçirilməsi istiqamətində işlər davam etdiriləcək", - deyə 2026-2030-cu illərin Yol Həyatı Təhlükəsizliyi Milli Strategiyasında qeyd olunub.