Gürcüstanda leysan yağış və güclü külək gözlənilir
Ətraf Mühit Milli Agentliyi gözlənilən hava şəraiti barədə məlumat yayıb.
XEBER.GE xeber verir ki, sinooptikələrin proqnozuna görə, 26 iyul gününün ikinci yarısından 27 iyul gününün birinci yarısınadək Qərbi Gürcüstanda arabir şimşəkli yağış gözlənilir.
Acarıstan, Quriya, Sameqrelo-Yuxarı Svaneti və Racha-Leçxumi və Aşağı Svaneti regionlarında bəzi yerlərdə güclü olacaq.
Ölkə ərazisinin əksər hissəsində arabir güclü qərb küləyi əsəcək. Dənizdə 3-4 ballıq fırtınalı dalğalanma mümkündür.
Gözlənilən güclü yağışlar Qərbi Gürcüstan çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə, kiçik çaylarda daşqınlara, təpəlik və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin yaranması və aktivləşməsinə səbəb ola bilər (təhlükə səviyyəsi orta).