Gürcüstanda Lazare Qriqoriadis yenidən saxlanılıb

Apr 24, 2026 - 20:59
 0  15
Gürcüstanda Lazare Qriqoriadis yenidən saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin   əməkdaşları fəal Lazare Qriqoriadisi saxlayıblar.

 Bu barədə məlumat Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib.

Xeber.ge xeber  verir ki, Qriqoriadisin saxlanılmasına səbəb onun paytaxt Tbilisidə yerləşən barlardan birinin əməkdaşlarına qarşı hədə-qorxu gəlməsi iddiaları olub.

  İlkin məlumatlara əsasən, Lazare Qriqoriadis bar heyəti ilə münaqişəyə girib və onları təhdid edib. Hadisə yerinə çağırılan polis əməkdaşları tərəfindən o, qandallanaraq bölməyə aparılıb.

  Daxili İşlər Nazirliyindən verilən rəsmi məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 151-ci maddəsi (Hədə-qorxu gəlmə) ilə istintaq başladılıb.

Qeyd edək ki, Lazare Qriqoriadis daha əvvəl 2023-cü ilin mart aksiyaları zamanı polislərə qarşı zorakılıqda ittiham olunaraq həbs edilmiş, lakin bir müddət əvvəl Gürcüstan Prezidenti tərəfindən əfv olunaraq azadlığa buraxılmışdı. Hazırda yeni hadisə ilə bağlı araşdırmalar davam etdirilir.