Aİ ABŞ və İsrailin İrana qarşı əməliyyatı səbəbindən 25 milyard avro itirib
"Avropa İttifaqı ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı nəticəsində enerji daşıyıcılarının bahalaşması səbəbindən 25 milyard avro itirib".
Xeber.ge xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Kiprdə keçirilən Aİ-nin qeyri-rəsmi sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
"Konfliktin başlanmasından ötən 54 gün ərzində aldığımız enerji resurslarına görə xərcimiz 25 milyard avro artıb, halbuki biz bir molekul da artıq almamışıq. Buna görə də alternativ enerji mənbələrinin tətbiqini sürətləndirməliyik", - deyə o qeyd edib.
mənbə: oxu.az