Tramp 121 min dövlət qulluqçusunu işsiz qoydu

ABŞ-da Donald Trampın hakimiyyətə gəlişindən bəri ən azı 121 min federal hökumət işçisi ixtisar edilib.
Xeber.ge xəbər verir ki,
Kütləvi ixtisarların 30-a yaxın departamentə təsir etdiyi bildirilib. Ən çox zərər çəkən ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) olub - bir neçə ixtisar dalğasından sonra onun fəaliyyəti dayandırılıb.
Təhsil idarəsi işçilərinin 51%-ni ixtisar edib, 12 regional şöbədən 7-ni bağlayıb.
ABŞ-ın Mənzil və Şəhər İnkişafı Departamenti, həmçinin Səhiyyə və İnsan Xidmətləri Departamentinə daxil olan Milli Sağlamlıq İnstitutu əhəmiyyətli sayda işçi itirib.
Qeyd edək ki, Tramp bu ilin yanvarında hakimiyyətə gəlib.
mənbə: publika.az