Gürcüstanda havalar soyuyur: yağış gözlənilir

Oct 27, 2026 - 15:25
 0  7
Gürcüstanda havalar soyuyur: yağış gözlənilir

Gürcüstanda yaxın günlərdə nisbətən soyuq və yağıntılı hava gözlənilir.

XEBER.GE xeber  verir ki, oktyabrın 27-nə olan məlumata görə, ölkə ərazisində buludlu hava şəraiti hökm sürəcək, bəzi rayonlarda isə yağış yağacağı ehtimal olunur.

Oktyabrın 28-də havanın temperaturu yenidən +17 dərəcə ətrafında olacaq.

Oktyabrın 29-dan etibarən temperatur +14 dərəcəyədək enəcək.

Oktyabrın 30-da paytaxt Tbilisidə gündüz saatlarında havanın təxminən +13 dərəcə olacağı gözlənilir.

Sinoptik proqnoza əsasən, ayın sonunda hava şəraiti dəyişkən olacaq. Temperaturun dəyişməsi ilə yanaşı, bəzi bölgələrdə yağıntı da gözlənilir.