Gürcüstanda hava kəskin pisləşəcək: Ştorm, qar uçqunu və sel xəbərdarlığı
Gürcüstanın Milli Ətraf Mühit Agentliyi yaxın günlərdə ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.
Xeber.ge xəbər verir ki,
Ölkənin yüksək dağlıq rayonlarında güclü qar yağacağı, duman, çovğun və qar uçqunu təhlükəsinin yaranacağı bildirilir. Fevralın 27-28-də Şərqi Gürcüstanın düzənlik rayonlarında yağıntıların əsasən qar şəklində olacağı gözlənilir.
Güclü qar, çovğun, görmə məsafəsinin azalması და buzlaşma səbəbindən magistral yolların bəzi hissələrində avtonəqliyyatın hərəkətinin məhdudlaşdırılması mümkündür.
Gözlənilən intensiv yağıntılar çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda sel sularına, dağlıq və təpəlik ərazilərdə isə torpaq sürüşməsi və sel (leyisan) proseslərinin aktivləşməsinə səbəb ola bilər. Agentlik təhlükə səviyyəsini "orta" olmaqla qiymətləndirib.