Gürcüstan vətəndaşlarının Avropadan deportasiyası artıb: Almaniya siyahıda birincidir

May 12, 2026 - 14:59
 0  17
Gürcüstan vətəndaşlarının Avropadan deportasiyası artıb: Almaniya siyahıda birincidir

2026-cı ilin yanvar-mart ayları ərzində Avropa İttifaqı (Aİ) ölkələrində icazəsiz qalan 692 Gürcüstan vətəndaşı ölkəyə geri qaytarılıb.

Xeber.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) 2026-cı ilin birinci rübünə dair statistik hesabatında qeyd olunub.

Rəsmi məlumatlara əsasən, hesabat dövründə Gürcüstan vətəndaşlarının ən çox readmissiya olunduğu ölkə Almaniyadır. Readmissiya göstəricilərinə görə sonrakı yerləri Fransa və İtaliya tutur.

DİN-in statistikasına əsasən, ən çox Gürcüstan vətəndaşının geri göndərildiyi ilk onluğa daxil olan ölkələr aşağıdakılardır:

Almaniya: 377 nəfər

Fransa: 104 nəfər

İtaliya: 40 nəfər

Polşa: 30 nəfər

İsveçrə: 22 nəfər

Yunanıstan: 21 nəfər

İrlandiya: 18 nəfər

İspaniya: 14 nəfər

Niderland: 14 nəfər

Belçika: 11 nəfər

Xatırladaq ki, Gürcüstan ilə Aİ arasında “İcazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş 2011-ci il martın 1-dən qüvvəyə minib.

Saziş əsasında Aİ ərazisində qanunsuz yaşayan Gürcüstan vətəndaşlarının, habelə müəyyən şərtlər daxilində üçüncü ölkə vətəndaşlarının geri qaytarılması həyata keçirilir.

Qaydalara əsasən, readmissiya və tranzitlə bağlı bütün nəqliyyat xərcləri sorğu göndərən dövlət tərəfindən ödənilir.