Rustavidə irimiqyaslı dələduzluq: Avtodiler şirkətinin direktoru saxlanılıb

May 12, 2026 - 13:28
 0  104
Rustavidə irimiqyaslı dələduzluq: Avtodiler şirkətinin direktoru saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları külli miqdarda dələduzluq etməkdə şübhəli bilinən şəxsi yaxalayıblar.

Xeber.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan (DİN)- yayıb.

 Təqsirləndirilən şəxs xarici ölkədən 43 avtomobil gətirmək adı ilə xarici ölkə vətəndaşını aldadıb.

Şübhəli şəxs zərərçəkmiş tərəfindən ödənilən 374 000 ABŞ dollarını dələduzluq yolu ilə mənimsəyib və üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib.

Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən avtodiler şirkətlərindən birinin direktoru saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin "b" bəndi (külli miqdarda törədilmiş dələduzluq) ilə istintaq davam edir. Bu maddənin sanksiyası təqsirləndirilən şəxs üçün 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.