Gürcüstan-Ermənistan sərhədi yaxınlığında narkotik əməliyyatı

May 12, 2026 - 13:23
 0  13
Gürcüstan-Ermənistan sərhədi yaxınlığında narkotik əməliyyatı

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs yaxalanıb.

Xeber.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan (DİN)- yayıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi operativ tədbirlər nəticəsində İran İslam Respublikasının vətəndaşı Marneuli bələdiyyəsi ərazisində saxlanılıb.

Təqsirləndirilən şəxsin üzərinə və idarə etdiyi yük avtomobilinə keçirilən ətraflı baxış zamanı tərkibində "Metadon" olan 13 128 ədəd həb maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs xüsusilə külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə, saxlamaqda və Gürcüstan ərazisinə gətirməkdə ittiham olunur.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 262-ci maddələri ilə istintaq davam etdirilir. Bu maddələrin sanksiyası təqsirləndirilən şəxs üçün 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur.