Gürcüstan vətəndaşı ilə ailə quran əcnəbilər üçün oturum qaydaları sərtləşdirilir

Aug 28, 2026 - 19:36
 0  13
Gürcüstan vətəndaşı ilə ailə quran əcnəbilər üçün oturum qaydaları sərtləşdirilir
: :
playing

Cari ilin sentyabrın 1-dən Gürcüstan vətəndaşları ilə nikahda olan xarici ölkə vətəndaşları üçün oturuma izin alınması üzrə yeni qaydalar qüvvəyə minəcək.

XEBER.GE xeber  verir ki, məlumatı "Batumelebi" yayır.

Yeni qaydalara əsasən, daimi yaşayış icazəsi Gürcüstan vətəndaşının həyat yoldaşına, azyaşlı uşağına, Gürcüstanın azyaşlı vətəndaşının valideyninə veriləcək.

Həmçinin, qanunvericiliyə görə, daimi yaşayış icazəsi müvəqqəti yaşayış icazəsi əsasında son 10 il ərzində Gürcüstanda yaşamış əcnəbiyə verilir.

 Bu müddətə Gürcüstanda təhsil və ya müalicə məqsədilə yaşamaq, yaxud diplomatik nümayəndəliklərdə və onlar bərabər tutulan nümayəndəliklərdə işləmə dövrü daxil edilmir.

Daimi yaşayış icazəsi Gürcüstan vətəndaşının azyaşlı uşağına, Gürcüstanın azyaşlı vətəndaşının valideyninə, habelə Gürcüstan vətəndaşının həyat yoldaşı kimi yaşayış icazəsi əsasında son 5 il ərzində Gürcüstanda yaşamış Gürcüstan vətəndaşının həyat yoldaşına verilir.