Gürcüstan prezidenti bu gün parlamentin qarşısında mitinqə çıxacaq

Dec 22, 2024 - 15:30
 0  33
Gürcüstan prezidenti bu gün parlamentin qarşısında mitinqə çıxacaq

Prezident Salome Zurabişvili bu gün parlamentin qarşısında mitinqə çıxacaq.

Gürcüstan prezidenti Salome Zurabişvili bu gün, saat 21:00-da parlamentin qarşısında keçirilən mitinqdə çıxış edəcək.

Prezidentin sözlərinə görə, mitinqdə hamı bir daha bəyan etməlidir ki, yeni seçkilər bütün ölkənin tələbidir.

"Yeni seçkilər mümkün qədər tez təyin olunmalıdır. Bunun üçün sabah parlament qarşısında xalqla olacağam. Saat 21:00-da mən çıxış edəcəyəm və hamı, təkcə burada olan və işləyənlər deyil, müxtəlif yerlərdə müxtəlif formalarda etiraz aksiyası keçirən və bu etirazı sərhədlərdən kənara çıxaran insanlarla birlikdə desin ki, seçkisiz heç nə olmayacaq və bu, bütün ölkənin tələbidir. Beləliklə, sabah əminəm ki, biz hər gün olduğumuzdan daha çox olacağıq", - Salome Zurabişvili bildirib.

Bu gün gün ərzində paytaxtda ondan çox etiraz aksiyası və yürüşün keçirilməsi planlaşdırılır. Parlament qarşısında keçiriləcək etiraz aksiyası isə ənənəvi olaraq saat 19:00-a təyin edilib.

Bu gün artıq 25-ci gündür ki, vətəndaşlar etiraz aksiyaları keçirir. Aksiya iştirakçılarının tələbləri arasında həbs olunan vətəndaşların azadlığa buraxılması və yeni seçkilərin təyin edilməsi yer alır.

Məlumat üçün bildirək ki, genişmiqyaslı etirazlar "Gürcü Arzusu" partiyasının noyabrın 28-də verdiyi qərara cavab olaraq başlayıb. Bu qərara əsasən, Gürcüstan 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsini gündəmə gətirməyəcək.

mənbə: interpress