Gürcüstan DTX-da dindirilən keçmiş nazir ölkəni tərk edib
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti hökumətinin sabiq iqtisadiyyat naziri və keçmiş vitse-premyer Levan Davitaşvilinin ölkədən getdiyini rəsmən təsdiqləyib.
Xeber.ge xeber verir ki,
Buna baxmayaraq, Levan Davitaşvili özü qısa müddət öncə verdiyi açıqlamada ölkəni tərk etməsi barədə xəbərləri "spekulyasiya" adlandırıb.
Xatırladaq ki, fevralın 17-də sabiq vitse-premyer qaz və neft korporasiyasının digər keçmiş yüksək vəzifəli şəxsləri ilə birlikdə DTX-də dindirilib. Dindirmədən sonra o, jurnalistlərə açıqlamasında Gürcüstanın qaz təchizatı məsələlərinin müzakirə edildiyini və müstəntiqlərə "detallı və əhatəli məlumat" təqdim etdiyini bildirmişdi.
Lakin qısa müddət sonra Dövlət Təhlükəsizliyi Xidməti məsələyə aydınlıq gətirərək qeyd edib ki, L. Davitaşvili hər hansı "görüş"ə deyil, Korrupsiyaya Qarşı Mübarizə Agentliyində aparılan konkret cinayət işi üzrə ifadə verməyə çağırılıb.
DTX-nin məlumatına görə, araşdırma Gürcüstanın qaz təchizatı ilə bağlı imzalanmış müqavilənin şərtlərinin ölkə üçün pisləşməsi və yaranmış risklərlə əlaqədar aparılır.