Gürcüstan DTX-də kadr islahatı: Yeni rəhbərlər təyin edildi

Feb 16, 2026 - 12:34
 0  6
Gürcüstan DTX-də kadr islahatı: Yeni rəhbərlər təyin edildi

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətində  kadr dəyişiklikləri həyata keçirilib.

Xeber.ge xəbər verir ki, qurumun yaydığı rəsmi xəbərdə bildirilir ki, Vladimer Konstantinidi Dövlət Təhlükəsizliyi Xidmətinin İnformasiya-Analitik Departamentinin direktoru vəzifəsinə təyin edilib.

Bundan əlavə, DTX-nin idarəetmə sahəsinə daxil olan dövlət tabe qurumu — Kəşfiyyat Agentliyinə yeni rəhbər təyin olunub. Sözügedən agentliyə Mixeil Dzaqnidze rəhbərlik edəcək.

Qeyd edək ki, hər iki şəxs müvafiq sahələrdə böyük təcrübəyə malik peşəkar kadrlar kimi tanınırlar.