Azyaşlını zorlayan şəxs saxlanılıb

Sep 27, 2025 - 13:21
 0  12
Azyaşlını zorlayan şəxs saxlanılıb
: :
playing

Tbilisi Polis Departamentinin Yetkinlik yaşına çatmayanların işləri üzrə Baş İdarəsinin əməkdaşları həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü N.Ç. 13 yaşlı yeniyetməni zorlamada təqsirləndirilərək saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2012-ci il təvəllüdlü yeniyetmə ilə cinsi əlaqədə olub və bu görüntüləri eyni vaxtda öz sosial şəbəkə hesabında yayımlayıb.

DİN-in məlumatına görə, N.Ç. hüquq-mühafizə orqanları tərəfindən dərhal saxlanılıb. Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 137-ci maddəsinin 4-cü bəndi ilə istintaq aparılır.

Cinayət sübuta yetirildiyi halda, ona 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər.

mənbə: Intrepress.ge