Tbilisidə avtomobil oğrusu yaxalandı

Feb 16, 2026 - 12:29
 0  5
Tbilisidə avtomobil oğrusu yaxalandı

Tbilisi Şəhər Polis İdarəsinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs yaxalanıb.

 Xeber.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi bildirir ki, saxlanılan şəxs əvvəllər məhkum olunmuş və hazırda şərti məhkumluq həyatı yaşayan 1984-cü il təvəllüdlü N.A.-dır.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs müxtəlif vaxtlarda Vake-Saburtalo rayonu ərazisində park edilmiş 5 avtomobili qarət edərək hadisə yerindən qaçıb. Hüquq-mühafizə organları tərəfindən saxlanılan şəxsin yaşayış evinə baxış keçirilən zaman oğurlanmış əşyaların bir hissəsi maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin ikinci hissəsi (oğurluq) ilə istintaq aparılır. Törədilən cinayət əməlinə görə təqsirləndirilən şəxsi 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.