Güclü külək və yağış gözlənilir

Nov 13, 2024 - 13:07
 0  104
Güclü külək və yağış gözlənilir

Bu gün Gürcüstanın qərbində güclü külək, şərqində isə duman və yağış yağacağı gözlənilir.

Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Məlumata görə, Qərbi Gürcüstanda - vaxt keçdikcə artan buludluluq və yağıntısız hava gözlənilir. Şərq küləyinin 10-15 m/s, gün ərzində ayrı-ayrı yerlərdə arabir 17-22 m/s güclənəcəyi ehtimalı var. Havanın temperaturu: düzənlikdə +17, +22°; dağlarda +15, +20°; Yüksək dağlıq ərazilərdə +13, +18° isti təşkil edəcək.

Şərqi Gürcüstanda - vaxt keçdikcə buludluluq artacaq. Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar, duman olacaq. Şərq küləyi 10-15 m/s. Havanın temperaturu: düzənliklərdə +7, +12; dağlarda +7, +12°; Yüksək dağlıq ərazilərdə +1, +6, bəzi yerlərdə +12°-dək isti olacaq.

mənbə: interpress