Güclü külək səbəbindən təyyarə Batumi hava limanına enə bilməyib

Güclü külək səbəbindən İstanbul-Batumi reysini yerinə yetirən təyyarə hazırda Batumi Beynəlxalq Hava Limanına enə bilmir.
Təyyarə hazırda Batumi üzərində manevr edir və təhlükəsiz eniş imkanı axtarır.
Hazırda Batumidə güclü külək əsir ki, bu da təyyarənin enişini çətinləşdirir.
Məlumatı yerli media orqanı “Adjara Times” yayıb
mənbə: interpress