Ermənistanla Gürcüstan dünya çempionatını birgə keçirəcək

Apr 29, 2026 - 19:40
 0  23
Ermənistanla Gürcüstan dünya çempionatını birgə keçirəcək

Ermənistan və Gürcüstan 2029-cu ildə gənclər arasında futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək.

   Ermənistan və Gürcüstanın birgə təqdim etdiyi namizədlik FIFA İcraiyyə Komitəsinin Vankuver şəhərində keçirilən iclasında təsdiqlənib.

Məlumata görə, bu qərar Ermənistan futbolu üçün tarixi hadisə hesab olunur. Ermənistan Futbol Federasiyası bəyan edib ki, ölkə tarixində ilk dəfə olaraq dünya səviyyəli böyük futbol turnirinə ev sahibliyi edəcək.

mənbə: modern