Dünyada ilk xəstəxanaları kimlər tikib?

May 12, 2026 - 12:01
 0  33
Dünyada ilk xəstəxanaları kimlər tikib?

İlk xəstəxanalar tarixdə IX əsrdə Bağdad şəhərində yaranıb.

 Xeber.ge xəbər verir ki, zaman keçdikcə xəstələrə qulluq göstərilən kiçik müəssisələr müxtəlif şöbələri və mütəxəssisləri olan böyük tibbi mərkəzlərə çevrilib.

İslamın insanlara dinindən, sosial statusundan və irqindən asılı olmayaraq qayğı göstərilməsi prinsipi müsəlmanlar tərəfindən tətbiq olunur və yaşadılırdı. Maddi imkanı olmayan şəxslərə pulsuz müalicə təqdim edilirdi.

Sonrakı dörd əsr ərzində Bağdaddakı xəstəxana modeli digər müsəlman şəhərlərində də yayılıb. Belə tibb müəssisələri Qahirə, Məkkə və Mədinə şəhərlərində də yaradılıb.

Daha sonra isə – XIV əsrdə xəstəxana sistemi Avropa ölkələri tərəfindən də mənimsənilib.

mənbə: azshafaqna.com