Dubayda dünyanın ən hündür hoteli inşa edilib

Sep 18, 2025 - 11:45
 0  1
Dubayda dünyanın ən hündür hoteli inşa edilib

2025-ci ilin noyabrında Dubayda 82 mərtəbəli mehmanxana istifadəyə veriləcək. O, dünyanın ən hündür hoteli olacaq.

Xeber.ge xəbər verir ki, bu barədə Dubay hökuməti "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Məlumatda qeyd olunur ki, obyekt şəhərin yeni simvoluna çevriləcək. Dubay Marina rayonunda yerləşən kompleksin hündürlüyü 377 metrə çatır. Hazırda dünyanın ən hündür mehmanxanası Dubayda inşa edilmiş 356 metr hündürlüyündəki "Gevora" hotelidir.

mənbə: oxu.az