Dmanisidə kişi həyat yoldaşını öldürüb

Jan 27, 2026 - 18:58
 0  37
Dmanisidə kişi həyat yoldaşını öldürüb

Dmanisi rayonunda ailə münaqişəsi zəminində qətl hadisəsi baş verib.

Polis cinayəti törətməkdə şübhəli bilinən şəxsi artıq saxlayıb.

Xeber.ge xeber  verir ki, hadisə ilə bağlı ölkənin Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb. Nazirlikdən "Tabula" nəşrinə verilən məlumata əsasən, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11-ci prim 109-cu maddəsi ilə istintaq başladılıb.

Bu maddə ailə üzvünün ağırlaşdırıcı hallarda qəsdən adam öldürülməsini nəzərdə tutur. Hazırda hüquq-mühafizə orqanları hadisənin baş vermə səbəblərini araşdırır.