Dekabrın 17-19-da çovğun, tufan və uçqun təhlükəsi gözlənilir
Dekabrın 17-dən dekabrın 19-dək Gürcüstanda arabir yağış yağacağı, dağlıq və yüksək dağlıq ərazilərdə qar yağacağı, çovğun olacağı, güclü qərb küləyinin əsəcəyi, dənizdə 4-6 bal gücündə fırtına gözlənilir.
Milli Ətraf Mühit Agentliyi hava şəraitinin pisləşməsi ilə bağlı məlumat yayıb.
Gözlənilən yağıntılar Qərbi Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, dağlıq ərazilərdə sürüşmələrin başlamasına və aktivləşməsinə, ölkənin yüksək dağlıq ərazilərində uçqunların yaranmasına səbəb ola bilər.
Güclü qar yağması, uçqun təhlükəsi, buzlaşma və magistral yolların bəzi hissələrində görüntünün pisləşməsi ilə əlaqədar olaraq avtomobillərin hərəkəti məhdudlaşdırıla bilər. (təhlükə səviyyəsi orta).
mənbə: interpress