Masa arxasında başlayan mübahisə qətllə nəticələndi

May 12, 2025 - 15:43
 0  51
Masa arxasında başlayan mübahisə qətllə nəticələndi

Kaxetidə, Axmeta rayonunun “Çğaroebi” adlanan ərazisində masa arxasında başlayan mübahisə atışmaya çevrilib.

Nəticədə 40 yaşlarında olan – C.K. odlu silahdan açılan atəş nəticəsində həlak olub.

Hadisə zamanı qətli törətdiyi ehtimal edilən şəxs – R.L. də yaralanıb və xəstəxanaya yerləşdirilib.

Məlumata görə, həm ölən, həm də yaralanan şəxslər Kaxetinin Kistauri kəndində yaşayırdılar. Yerli sakinlərin verdiyi məlumata görə, qarşıdurma masa arxasında başlayan sözlü mübahisədən sonra yaranıb. İlkin versiyaya əsasən, əvvəlcə R.L.-ə atəş açılıb, daha sonra isə o, C.K.- nı ölümcül yaralayıb.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı əlavə məlumatları araşdırır. Faktla bağlı istintaq başlayıb.

mənbə: interpress